Ərdoğan oktyabrın 30 Bakıya gəlir - SƏFİR ERKAN ÖZORAL

  • Müəllif: admin
  • 12 Oktyabr 2017 11:56

1503051533_recep_tayyip_erdogan_ordu_ve_giresun_mitingleri_canli_izle_h187432_305bc

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Bakıda keçirilən “Argus” beynəlxalq neft sammitində ” Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.

Hazırda ABŞ və Türkiyə arasında yaşanan viza gərginliyi ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin tez bir zamanda həllinə ümidvar olduğunu dilə gətirib.

Gununsesi.info