Makron İrana səfər edəcək

  • Müəllif: admin
  • 14 Oktyabr 2017 09:40

makron

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Söhbət zamanı E.Makron iranlı həmkarını əmin edib ki, ABŞ-ın İranla münasibətlərə dair yeni strategiyası Avropa ölkələrinin nüvə razılaşmasını qorumaq niyyətinə təsir etməyəcək.

Açıqlamada həmçinin qeyd olunub ki, Fransa prezidenti nüvə razılaşmasını müzakirə etmək üçün Tehrana səfər etməyi planlaşdırır.

Qeyd edək ki, yaxın günlərdə Fransa xarici işlər naziri Jan-İv le Drian Tehrana səfər edəcək.

Gununsesi.info