Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron imzanın qarşılıqlı tanınması üçün Türkiyə, İran, Qətər və Ukraynanın müvafiq strukturları ilə danışıqlar aparır.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin Elektron-hesablama mərkəzindən məlumat verilib.
Məlumatda o da qeyd olunur ki, Avropa İttifaqının dəstəyi ilə ölkədə elektron xidmətlərin və elektron kommersiyanın inkişafı üzrə işlər aparılır. Bu layihə çərçivəsində eIDAS, e-kommersiya və e-hökumət sahələrində standartlar hazırlanır.
Gununsesi.info