
Yunanıstanın aparıcı jurnalist həmkarlar ittifaqları ölkədə fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələrinin ikigünlük tətilini elan edib.
Gununsesi.info rian.ru-ya istinadən xəbər verir ki, jurnalistlərin tətili bu gün səhər saat 06.00-dan 26 oktyabradək davam edəcək.
Tətilin keçirilməsinin əsas tələbi jurnalistlərə əlavə sosial sığorta sisteminin saxlanılmasını, eyni zamanda kütləvi informasiya vasitələrinin əmək və sosial hüquqlarının pozulmasına son verilməsidir. Onlar eyni zamanda, azad mətbuata imkan yaradılmasını tələb edirlər.
Bu tətil son bir ayda Yunanıstan jurnalistlərinin sayca üçüncü tətilidir.
Gununsesi.info












