“Lotu Quli”nin azadlığı: KRİMİNAL ALƏMİN GÖZLƏNTİLƏRİ

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 14:00

lotu quli

“Lotu Quli”nin həbsdən azad olunması qanunauyğunluqmu, yoxsa  hansısa gizli məqamlar var? Artıq bir çoxlarını bu sual çox maraqlandırır. Bu məsələyə aydınlıq gətirmək üçün son aylarda, xüsusən də “Rövşən Lənkəranski”nin ölümündən sonra yaranmış boşluq və kriminal aləmdə baş verən hadisələr, yeni müharibələrə diqqət çəkmək lazımdır. Əgər “Rövşən Lənkəranski”dən sonra bu aləmdə yaranmış vəziyyətə nəzər salsaq, o zaman “Lotu Quli”nin azadlığa qovuşmasına və deyilən suallara aydınlıq gətirmək asan olar.

Təbii ki, “Lotu Quli”nin azadlığa qovuşması onun təbii haqqı idi və bu haqq da yerini tapdı. Hüquqi müstəvidə məsələyə yanaşanda “Lotu Quli”nin azadlığa qovuşması qanunvericiliyə uyğun şəkildə baş verib və burada hər hansı digər qaranlıq məqamlar yoxdur.

Digər bir məsələ ki, “Lotu Quli”nin azadlığa çıxmasında hansısa güclərin marağı olub. Bax, bu məsələni başqa tərəfi. Çünki “Lotu Quli”nin hələ xeyli müddət bundan öncə həbsdən azad olunması gözlənilirdi və onun həbsdən azad olunmasına mane olan qüvvələr olub. Bununla bağlı zaman-zaman informasiyalar dolaşıb və bu informasiyalar mətbuatda da yer alıb.

Bu faktın nə qədər real olub-olmaması üçün “Lotu Quli” həbsdən çıxan kimi onun dostları tərəfindən səsləndirilən fikirlərə diqqət yetirmək kifayət edər. Belə ki, “Lotu Quli”nin dostları onun azadlığa çıxmasını hələ avqust ayında gözləyirdilər. Lakin bu proses oktyabradək uzandı. O zaman biz bu ilin yayın əvvəlindən başlayaraq Azərbaycanda kriminal aləmdə baş qaldıran müharibəyə diqqət yetirməyimiz kifayət edər. Bax, onda yuxarıda deyilən fikirlərə və suallara cavab tapmaq olar. Məhz  2017-ci ilin yazından, həmçinin “Rövşən Lənkəranski”nin ölümündən sonra kriminal aləmdə yeni müharibənin başlanması ilə bağlı  mətbuatda yetərincə yazılar getdi. Bu yazılar təkcə Azərbaycan mediasında deyil, Rusiya mediasında da yer aldı. Və bu yazıları təsadüf hesab etmək olmaz. İyul-avqust aylarından etibarən isə “Lotu Quli”yə qarşı müxalif düşərgənin yaranması ilə bağlı məlumatlar mediada yer almağa başladı. Bu barədə məlumatların getməsi və “Lotu Quli”yə qarşı müxalif düşərgənin formalaşdırılması təsadüf idimi, yoxsa kimlərinsə onun azad olacağından xəbər tutduğundan təcili olaraq ona qarşı müxalif düşərgə formalaşdırıb, eyni zamanda həbsdən azad olunmasına ləngitməyə çalışırdı. Gözləndiyi kimi, “Lotu Quli”nin avqustda deyil oktyabrda azad olunması bu dediklərimizi məntiqi nəticəsi hesab etmək olar. Belə ki, iyul-avqust aylarından etibarən tələm-tələsik “Lotu Quli”nin liderliyini qəbul etməyən azərbaycanlı kriminal avtoritetlərdən;- Cavid Məmmədov (Dato Ağcabədinski) liderliyi altında Rafiq Eyvazov (Rafiq Masallinskiy), Emin Əhmədov (Emin Hacıqabulskiy) və Ceyhun Əsgərov (Ceyhun Gəncinskiy) “dördlük”dən ibarət müxalif düşərgə formalaşırıldı. “Lotu Quli”yə qarşı müxalif düşərgənin nüfuzunu artırmaq və onların kriminal aləmdə söz sahibi olması üçün digər ölkələrdən olan kriminal avtoritetlərin də cəlb olunması başlanıldı. Müxalif dəstə “Lotu Quli”ni sıradan çıxarmaq üçün ona qarşı bir səlib müharibəsinə başladı və onun azadlıqda olan adamlarının “ovuna” çıxdılar. Son 4-5 ayda müxalif düşərgə “Lotu Quli”yə yaxın adamları sıradan çıxarmaq üçün fəallıq nümayiş etdirdi. Müxalif düşərgə ilə “Lotu Quli”nin adamları arasında baş verən toqquşmalarda hər iki tərəfdən itkilər oldu. Elə son iki ayda azərbaycanlı Rəşad Gəncinskinin Abxaziyada yaralanması olsun, istərsə də onun ardınca sentyabr ayında Tiflisdə baş verənləri sadalamaq yetərlidir. Tiflisdə “Lotu Quli”nin ən yaxın silahdaşlarından olan 42 yaşlı Elşən Məmmədov qətlə yetirildi. Müxalif düşərgə bununla həm “Rövşən Lənkəranski”dən sonra yaranan boşluğu doldurub varisliyi əldə edərək, onun sahib olduğu bazarları əldə saxlamaqdan ibarət idi. Bu işdə “Lotu Quli”yə qarşı formalaşan müxalif düşərgəyə istər Azərbaycanda, istərsə də Rusiyada yüksək stansiyalardan və tanınmış iş adamları tərəfindən dəstək verən olub. Hətta bununla bağlı bəzi şəxslərin adları da səslənib. Hansısa kənar qüvvələrin azərbaycanlı kriminal qüvvələr arasında müharibəni qızışdırmaqla aralarında düşmənçilik toxumu səpərək bir-birini sıradan çıxarmağa və ya zəiflətməyə çalışırdı. Ya da “Lotu Quli”nin azadlığa çıxacağından ehtiyatlanlar onun yolunu kəsməyə çalışırdı. Çünki “Lotu Quli”nin azadlığa çıxmasını istəmyənlər onun azadlığa çıxacağı təqdirdə, onları nə gözləyəcəyini yaxşı başa düşürlər.

Elə “Lotu Quli”nin hansı xarakterə və nüfuza sahib olduğunu bildiklərindən, azadlığa çıxandan sonra “bütün ev sahiblərinin başçıları” onunla dost olmaq və yaxşı münasibətlər qurmaq istəyirlər. Heç bir “ailə başçısı” “Lotu Quli” problem yaşamaqda maraqlı deyil. Bütün  sadaladıqlarımız onu deməyə əsas verir ki, “Lotu Quli”nin azadlığa çıxaması ilə bağlı kriminal aləmdə yeni düzənin yaranacağına ümidlər  və gözləntilər çoxdur. Bunları yaxın gələcəkdə baş verəcək proseslər göstərəcək. Hələlik “Lotu Quli” müəyyən qədər istirahət edib, müalicə aldıqdan sonra prosesləri dəyərləndirib, addımlar atacağı yəqindir. Ona görə ki, “Lotu Quli”ni yaxından tanıyan adamlar hər hansı bir iş görməzdən öncə atacağı addımları və bir neçə gediş əvvəli hesablamağı bacaranlardandır. Bu da onun kriminal aləmdə indiyədək öz nüfuzunu qoruyub saxlamasına imkan verib.

Mürtəza

Gununsesi.info