“8-ci kilometr bazarı”nda orta yaşlı kişi intihara cəhd edib

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 08:40

Bakıda intihara cəhd hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

“8-ci kilometr bazarı”nda 1979-cu il təvəllüdlü Dadaşov Ramin Yaşar oğlu tanışı ilə mübahisə edib. O, mübahisə zamanı bıçaqla boğazına xəsarət yetirib.

R.Dadaşov ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gununsesi.info