Milli Şuranın mitinq keçirəcəyi ərazinin təhlükəsizliyi yoxlanılır - FOTO

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 12:30

Bir neçə saatdan sonra Milli Şura Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda növbəti mitinq keçirəcək.

Gununsesi.info xəbər verir ki, mitinqdə hər hansı təxribat hadisələrinin baş verməməsi məqsədi ilə hazırda hüquq-mühafizə orqanlarının mina axtaranları stadion ərazisinə ciddi baxış keçirirlər.

Minaaxtaranlar əllərindəki qurğular vasitəsi ilə stadion ərazisini nəzarətdən keçirirlər. Düzdür, bu hərəkətlər müxalifətin bundan öncə keçirdiyi aksiyalarda da olub. Ancaq hüquq-mühafizə orqanları bu dəfə ərazini daha ciddi formada yoxlayırlar.

Bunu zəruri edən amillər də var. Çünki Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu günlərdə keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilən terrorçuların ölkədə ictimai-siyasi sabitliyi və ictimai asayişi pozaraq, cəmiyyətdə ciddi ajiotaj yaratamaq məqsədi ilə müxalifətin mitinqində təxribat edəcəkləri barədə məlumatlar əldə edilib. Bununla bağlı informasiya DTX-nın oktyabrın 27-də yaydığı məlumatda da yer alıb.

Gununsesi.info