
“Real” futbol klubunun ulduzu Kriştianu Ronaldu doğulacaq körpəsinin adını açıqlayıb.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, İspan model Georgina Rodriguez ilə münasibətdə olan 32 yaşlı ulduz qızının adını Instagram-ın canlı yayımında açıqlayıb.
Sevgilisi ilə birlikdə kamera qarşısına keçən Ronaldu bildirib ki, cütlüyün ilk uşaqları olacaq körpə təxminən 25 gün sonra dünyaya gələcək və ona Alana Martina adını verəcəklər.
Canlı yayımda Kriştianunun böyük oğlu və əkizləri də iştirak edib.
Gununsesi.info fotoları təqdim edir:
Gununsesi.info










