
Xəbər verdiyimiz kimi xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikaya qarşı cinayət işi açılıb. Buna səbəb isə klinikanın iki milyondan çox vergidən yayınmasıdır.
Məlumatda bilirilir ki, Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaqın davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Gununsesi.info-nun əməkdaşı xəbərlə bağlı Leyla Şıxlıniskayanın öz mövqeyini öyrənmək üçün ona telefon açıb. Lakin özünü köməkçi kimi təqdim edən xanım bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu bildirib:
“Bizim klinika ölkədə sözünü demiş klinikadır. Hansısa məsələ varsa özümüz həll edəcəyik. Bu barədə mediaya hansısa açıqlama vermək niyyətimiz yoxdur”.
Gununsesi.info










