Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti Zirvə görüşünün tarixi məlum olub

  • Müəllif: admin
  • 01 Noyabr 2017 21:12


Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün tarixi məlum olub.
“Report” TASS-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani mətbuat konfransında dövlət başçılarının növbəti görüşünün 2018-ci ildə Rusiyada keçiriləcəyini bildirib.
“Vladimir Putin Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli Zirvə görüşünün Rusiyada keçirilməsini təklif etdi və biz də bununla razılaşdıq. Beləliklə, dövlət başçılarının növbəti görüşü 2018-ci ildə Rusiyada baş tutacaq”, – o deyib.

Gununsesi.info