Nyu-Yorkdakı terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

  • Müəllif: admin
  • 03 Noyabr 2017 08:40

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qruplaşması Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar.  Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.  Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.

Cinayətkarın avtomobilindən aşkarlanan məktubda S.Saipov  hücumu İŞİD adından törətdiyini qeyd edib.  Onun mobil telefonunda İŞİD-in təbliğatına aid 90 videoçarx və 3800-dək fotoşəkil aşkarlanıb.

S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.

Gununsesi.info