Qurban Qurbanov milli komandanın baş məşqçisi təyin olundu

  • Müəllif: admin
  • 03 Noyabr 2017 10:24

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis “Qarabağ”ın baş məşqçisi postunda da işini davam etdirəcək.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.

Gununsesi.info