Türkiyədə ağır yol qəzası - 2 ÖLÜ, 19 YARALI

  • Müəllif: admin
  • 05 Noyabr 2017 15:35

Gununsesi.info xəbər verir ki, İstanbulda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb, onların arasında polis əməkdaşı da var.

Hadisə mikroavtobus sürücüsünün idarəetmənin itirməsi nəticəsində baş verib. Avtomobil yol ayrıcısına çırpılıb.

Digər avtomobil, məcburiyyət qarşısında qarşı yola çıxaraq polis maşınına çırpılıb, nəticədə polis əməkdaşı yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb və həkimlərin nəzarəti altında saxlanılır.

Gununsesi.info