Dünyanın ən bədbəxt və xoşbəxt 3 ölkəsi - SİYAHI

  • Müəllif: admin
  • 06 Noyabr 2017 13:54

Qellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub. Bu haqda “Rosbalt” məlumat yayıb.

Ukraynada özünü bədbəxt hesab edənlər 41%, Haitidə 43%, Cənubi Sudanda 47%-dir.

UNİAN agentliyinin məlumatına görə, Ukraynanın yalnız 9% əhalisi özünü xoşbəxt və çiçəklənən adlandıra bilib, qalan 50%-i isə aralıq vəziyyətdə olduqlarını bildiriblər.

Ən xoşbəxt ölkələrə gəlincə, geniş miqyaslı sosial sorğuya görə, top-3-ə Norveç, Danimarka və İslandiya daxil olub.

Gununsesi.info