Əkin yerlərini yandıranlar cəzalandırılacaq - PREZİDENT MM-Ə YENİ LAYİHƏ GÖNDƏRDİ

  • Müəllif: admin
  • 27 Noyabr 2017 15:52
Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Gununsesi.info