Rusiyada ticarət mərkəzində güclü yanğın baş verib

  • Müəllif: admin
  • 02 Dekabr 2017 16:20


Rusiyanın Orenburq şəhərində fəaliyyət göstərən “Mir” Ticarət Mərkəzində güclü yanğın baş verib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Hadisə bölgəsində müvəqqəti olaraq hərəkət dayandırılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən verilən məlumata görə, yanğın təxminən 1,2 min kv.m. sahəni əhatə edib.

Gununsesi.info