
Qısqanclıq zəminində nişanlısını toy günü mətbəxdə 8 bıçaq zərbəsi ilə öldürüb.
Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, hadisə Bursada baş verib.
Belə ki, Metehan adlı gənc 4 aya yaxın sevdiyi Güllü adlı qızı ailəsindən istəsə də, ona verməyiblər. Qızı vermədiklərindən Güllü Metehanla qaçmaq qərarına gəlir.
Rəsmi nikahdan sonra toy hazırlıqları başlayır. Hətta xına gecəsi belə, keçirilir. Xına gecəsinin səhəri toy olacaqmış. Toy günü qısqanclıq krizinə düşən Metehan mətbəxdə nişanlısına 8 bıçaq zərbəsi endirərək onu öldürür.
Metehan hadisə yerindən qaçsa da, polis onu yaxalayıb.
Gununsesi.info












