Xırdalanda yanğın baş verib

  • Müəllif: admin
  • 05 Dekabr 2017 08:25

Xırdalanda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində kafenin mətbəxində məişət texnikaları və lambirdən ibarət tavan 2 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info