Türkiyədən PKK-ya zərbə - 36 HƏDƏF VURULDU

  • Müəllif: admin
  • 05 Dekabr 2017 08:50

Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr ötən gün PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Məlumata əsasən, əməliyyat Asos rayonunda həyata keçirilib. Əməliyyat zamanı 36 hədəf vurulub, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Gununsesi.info