
Avtomobil oyunun qızğın yerində futbol meydançasına çıxdı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Birləşmiş Ərəb Əmirliyində baş verib.
Belə ki, qeyri-adi hadisə ölkənin gənclərdən ibarət “Əl-Cəzirə” və “Şabab Əl-Əhli” komandasının oyununda baş verib. Oyun zamanı avtomobil meydana çıxıb və bir neçə dövrə vurub. Baş verən hadisəyə görə “Əl-Cəzirə” komandası 11,5 min avro cərimələnib.
https://www.youtube.com/watch?time_continue=27&v=x9xV_5Uigmw
Gununsesi.info












