
Mixail Saakaşvili Kiyevdə çadırların birində mühafizəçilərlə birgə oturub. Həbs olunmamasına baxmayaraq, o, mətbuatla görüşməkdə elə də həvəsli görünmür.
Gununsesi.info TCH.ua-ya istinadən xəbər verir ki, Mixail Saakaşvilinin liderlik etdiyi hərəkat Ukrayna Ali Radası qarşısında sakit gözləməkdədir. O, jurnalistlərlə görüşməməklə yanaşı, ona ünvanlanan sualları da əvvəlki kimi həvəslə cavablandırmaq istəmir. Bu gün həbs olunub oluna bilməməsi ilə ünvanlan suala cavab olaraq Saakaşvili deyib ki, belə hipotetik sualları cavablandırmır.
Saakaşvili Ali Rada qarşısında qurulan çadırların birində üç mühafizəçi ilə əyləşib. Baxmayaraq ki, bu gün səhər saatlarında hüquq-mühafizə orqanları Saakaşvilinin yerləşdiyi çadır şəhərciyi dağıtmaq istəsə də, bunun nəticəsi olmayıb. Belə ki, aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib. Aksiya iştirakçıları özlərini petardla müdafiə etmək zorunda qalıb.
Polis gözyaşardıcı qazdan istifadə etməklə məqsədinə nail olmaq istəsə də, bu istək də baş tutmayıb. Bu dəfə aksiya iştirakçıları ağac və metal dəyənəklərdən istifadə etməklə polisə müqavimət göstərərək, onları geri otuzdurub.


Gununsesi.info












