Pentaqon təmsilçisi: “ABŞ hərbçiləri İŞİD üzərində qələbədən sonra da Suriyada qalacaq”

  • Müəllif: admin
  • 06 Dekabr 2017 20:56


“ABŞ hərbçiləri Suriyada terrorçu İŞİD üzərində qələbədən sonra da qalacaq”.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Erik Pexon deyib.
“Biz terrorçu qruplaşmaların geri qayıtmasının qarşısını almaq və tərəfkeşlərimizə yardım etmək üçün Suriya torpaqlarında qalacağıq. Koalisiya İŞİD-i əks-həmlə etməsi imkanlarından və Suriyadan kənarda terror aktları törətməsindən məhrum etməlidir”, – o vurğulayıb.
ABŞ-ın əsas tərəfdarı terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – YPG və PYD silahlılarından yaradılan “Suriya Demokratik Qüvvələr Birliyi” sayılır.
Hazırda ABŞ-ın Suriyada 1700 hərbçisi var.

Gununsesi.info