Xırdalanda yaşayış binasında yanğın: SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

  • Müəllif: admin
  • 07 Dekabr 2017 11:24
Xırdalanda yaşayış binasında yanğın olub.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb

Gununsesi.info