Bakıda dəhşətli cinayət - QAYINATA GƏLİNİNİ GÜLLƏLƏDİ

  • Müəllif: admin
  • 12 Dekabr 2017 08:35

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, insident Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini öz gəlini A.M.-nı ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.

Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info