
Dünən İstanbulda Qüdslə bağlı keçirilən zirvə görüşündə Şərqi Qüdsün Fələstinin paytaxtı elan edilməsindən sonra Livandan ilk addım gəlib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Livan xarici işlər nairi Cibran Basil Şərqi Qüdsdə səfirlik açılması üçün hökumətə təklif verib.
C.Basil Fələstin rəhbəri Mahmud Abbasdan səfirlik binası üçün torpaq verməsini də xahiş edib.
Bu istiqamətdə baş naziri Səid Həririnin rəhbərliyi ilə komitə qurulacağı və təklifin dəyərləndiriləcəyi açıqlanıb.
Gununsesi.info












