“Poroşenko Yanukoviçdən daha təhlükəli adamdır” - SAAKAŞVİLİ

  • Müəllif: admin
  • 19 Dekabr 2017 12:50

Mixail Saakaşvili prezident Pyotr Poroşenkonu Ukrayna üçün sabiq prezident Viktor Yanukoviçdən də təhlükəli adam hesab edib.

Gununsesi.info “strana.ua”ya istinadən xəbər verir ki, Saakaşvili “Poroşenko Yanukoviçdən daha təhlükəli adamdır”, deyə qeyd edib: “Yanukoviçin mövqeyi bəlli olduğundan onunla bağlı hər şey aydın idi. Lakin Poroşenko ondan fərqli olaraq bacarıqla özünü gizlədir. O, özünü vətənpərvər hesab edərək guya Rusiya ilə döyüşür”.

Saakaşvili Poroşenko ilə bağlı mövqeyini belə izah edib: “Misal üçün bir var vodka, bir də viski. Və hamı bilir ki, əgər kim çox içərsə orqanizm üçün ziyandır. Bir də var pivə. Bax, pivə vodkadan pis formada orqanizmə ziyan vurur. Bir çoxları hesab edir ki, pivə yüngül içkidir, lakin orqanizm üçün ən təhlükəlisidir. Bax, Poroşenko pivə kimi ziyanlıdır”.

Gununsesi.info