İran Xəzər dənizinə müasir tipli hərbi gəmi buraxdı - FOTO

  • Müəllif: admin
  • 20 Dekabr 2017 11:30

İran Hərbi-Dəniz Donanmasının Xəzər dənizindəki qüvvələrinə yeni “Separ” hərbi gəmisi daxil edilib.

Gununsesi.info “Mehr News”a istinadən xəbər verir ki, “Separ” hərbi gəmisi İran istehsalıdır.

Yeni gəmi müxtəlif müasir hərbi avadanlıqlarla təmin olunub. Hərbi gəmi “hava-hava” klassik raket sistemi, 76 və 44 mm-lik toplarla, qırıcı təyyarələri, qanadlı raketləri izləyən radar sistemi ilə təmin olunub.

Gununsesi.info