Sergey Şoyqu ordunun Suriyadan çıxması barədə Putinə məruzə etdi

  • Müəllif: admin
  • 22 Dekabr 2017 18:08

Nazir rus ordusunun Suriyadan çıxması barədə Putinə məruzə etdi.

Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Putinə qoşunların bir hissəsinin Suriyadan çıxarıldığı barədə məruzə edib.

Nazir onu da bildirib ki, Suriyada Rusiyaya məxsus üç polis batalyonu, həmçinin Tartus və Hmeymimdəki baza və oradakı hərbçilər qalacaq.

Nazir əlavə edib ki, bununla belə Rusiya Aralıq dənizində öz hərbi iştirakını təmin edəcək və orada müasir hərbi gəmilər, sualtı qayıqlar  qalacaq.

Gununsesi.info