Həbs edilən şahzadələrdən 23-Ü AZAD EDİLİB

  • Müəllif: admin
  • 27 Dekabr 2017 12:46

Səudiyyə Ərəbistanında korrupsiya əməllərinə görə həbs edilən 200-dən artıq şahzadə və məmurlardan 23-ü azad edilib.

Gununsesi.info “reuters”ə istinadən xəbər verir ki, bu 23 şəxs hakimiyyətlə əldə edilən razılıq əsasında azad olunub.

Buna baxmayaraq, azad olunan şəxslərin adları gizli saxlanılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi Mühəmməd bin Salmanın sərəncamı əsasında noyabr ayında ölkənin nüfuzlu siyasətçiləri, iş adamları, məmurlar və 11 şahzadə həbs olunub. Həbs edilən şəxslər Ər-Riyaddakı dəbdəbəli “Rijadh Ritz Carlton” otelində saxlanılır.

Səudiyyə hakimiyyəti həbs olunanları dəyən zərəri ödəyəcəkləri təqdirdə azad etməyə hazır olduğunu bəyan edib.

“Reuters” “Okaz” qəzetinə istinadən onu da xəbər verir ki, yaxın günlərdə həbs olunanlardan daha bir qismi azad olunacaq. Yaxın vaxtlarda isə saxlanılan şəxslərdən barələrində irəli sürülən ittihamları rədd edənlərlə bağlı məhkəmə prosesi başlayacaq.

Gununsesi.info