Bakıda evləri qarət edən dəstə üzvləri tutuldular

  • Müəllif: admin
  • 04 Yanvar 2018 13:52

Xəzər rayonu ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı ərzində rayon ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov saxlanılıblar.

Gununsesi.info