
Yaxın həftələrdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyəm.
Gununsesi.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Qüdsdə biznes forumunda çıxışı zamanı deyib.
O bildirib ki, dünyanın ən güclü 3 lideri ilə görüşəcəyini planlaşdırır:
“Bu, əlbəttə Hindistan Baş naziri Narenda Modi, sonra böyük məsuliyyətlə görüşünə getdiyim ABŞ lideri Donald Tramp və yaxın həftələrdə Rusiya lideri Vladimir Putin olacaq”.
Gununsesi.info












