3 ölkənin səfirləri Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə XİN-dən məlumat yayılıb.
XİN-ə çağırılan Qətər, Küveyt və Səudiyyə Ərəbistanı səfirlərinə Afrində keçirilən “Zeytun Budağı” əməliyyatı ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, ABŞ, İran və Rusiya səfirləri də ötən gün Türkiyə XİN-ə çağırılmışdı.
Gununsesi.info