Qubada ev yanıb

  • Müəllif: admin
  • 22 Yanvar 2018 08:40

Qubada yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Sırt Çiçi kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaq, aynabənddən ibarət evin və bitişik 36 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Gununsesi.info