Yolu keçmək istəyən qadını maşın vurub - VƏZİYYƏTİ AĞIRDIR

  • Müəllif: admin
  • 22 Yanvar 2018 09:35

Yevlaxda yolu keçmək istəyən 2 piyadadan birini maşın vurub.

Gununsesi.info bildirir ki, rayonun Aran qəsəbəsində 2 qadın işə gedən zaman onlardan birini, 1969-cu il təvəllüdlü Rühangiz Mahmud qızı Məmmədovanı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər piyada isə qəzanın şokundan özünü piss hiss etdiyindən ambulator yardım alıb.

Gununsesi.info