Nazirlik Mikayıl Cabbarovu tanımadı - NAZİM İBRAHİMOVU RƏHBƏR HESAB EDİR (FOTOFAKT)

  • Müəllif: admin
  • 22 Yanvar 2018 15:40
Mikayıl Cabbarov artıq 4 aydır ki, Azərbaycan Qılıncoynatma Federasiyasında Nazim İbrahimovu əvəzləyib. Sentyabr ayının 20-də keçirilən növbədənkənar hesabat-seçki konfransında vergilər naziri quruma prezident seçilib.
Amma maraqlıdır ki, Gənclər və İdman Nazirliyi hələ də Nazim İbrahimovu federasiya prezidenti kimi görürür.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, GİN-in rəsmi saytının (http://www.mys.gov.az) partnyorlar bölməsində Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti olaraq Mikayıl Cabbarov deyil, Nazim İbrahimov qeyd edilib.
Təyinatın üzərindən 4 ay keçməsinə baxmayaraq saytda bu barədə heç bir dəyişiklik edilməyib.
Gununsesi.info