
“Xam neftin hasilat həcmi 2017-ci ildə daha 2,3 milyon ton azalıb”.
Gununsesi.info bunu iqtisadçı-ekspert Nemət Əliyevə istinadən xəbər verir.
N.Əliyev qeyd edir ki, 2016-cı ildə 41,03 milyon ton, 2017-ci ildə 38,78 milyon ton neft hasil olunub. “Bu, neft hasilat sənayesində son 6 ilin ən böyük tənəzzülüdür. Son 7 ildə xam neft hasilatı üst-üstə 12 milyon tondan çox və ya 23,66% azalıb”- ekspert bildirir.
Onun sözlərinə görə, ötən il əsas məhsullardan təbii qaz hasilatı 768 milyon kub metr, elektrik enerjisinin istehsalı isə 522 milyon kilovat.saat düşüb: “Bu gün ölkə iqtisadiyyatının dayağı sayılan bu əsas məhsulların istehsalında müşahidə olunan bu tendensiya, demək olar ki, ölkə iqtisadiyatının ümumi vəziyyətini düzgün əks etdirir”.

Vüsalə
Gununsesi.info









