Makron ABŞ-a rəsmi səfər edəcək - TARİX AÇIQLANDI

  • Müəllif: admin
  • 24 Yanvar 2018 09:45

ABŞ prezidenti Donald Tramp aprel ayının sonunda Ağ Evdə fransalı həmkarı Emmanuel Makronu qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, Emmanuel Makronun bu səfəri Donald Trampın inauqurasiyasından sonra ilk səfəridir.

Qeyd edək ki, D.Tramp 2017-ci ilin 14 iyul tarixində Fransaya səfər edib və fəxri qonaq qismində Fransanın milli bayramı şənliklərində iştirak edib.

Gununsesi.info