
Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədri seçilib.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib.
Millət vəkili isə bunun həm ona, həm də Azərbaycan nümayəhdə heyətinə etimadın nəticəsi kimi qiymətləndirib.
H.NİHAT
Gununsesi.info










