Almaniyada hər kəs azərbaycanlı polis xanımdan danışır - FOTOLAR

  • Müəllif: admin
  • 25 Yanvar 2018 16:28

Almaniyada hər kəs polis olan azərbaycanlı xanımdan danışır.

Gununsesi.info xəbər verir ki, bir çox alman saytları adı Lana Atakişiyeva olan və Berlində yaşayan azərbaycanlı haqda məqalələr dərc edib.

29 yaşlı xanım miqrantların uğurla inteqrasiyasında ən yaxşı nümunə kimi göstərilib.

15 yaşında anası ilə Almaniyaya köçən və alman dilində heç bir kəlmə də söz bilməyən Lana hazırda bu dildə çox səlis, aksentsiz danışır.

Artıq iki ildir ki, polis vəzifəsində çalışan azərbaycanlı gözəl Berlin universitetinin iqtisadiyyat və hüquq fakültəsini bitirib.

Gununsesi.info