
İsrailin baş naziri Binyamin Netanyahu Fələstinlə sülh əldə etmək niyyətində olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o Davosda ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra bildirib.
“Mən prezident Trampa Fələstinlə sülh əldə etmək niyyətində olduğumu izah etdim. Trampın bacarıqlı komandası bu istiqamətdə səylər göstərir”, – deyə Netanyahu qeyd edib.
Gununsesi.info












