Sabirabadda ev əşyaları ilə birgə yanıb

  • Müəllif: admin
  • 26 Yanvar 2018 23:22

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Yaxa Dəllək kəndində ümumi sahəsi 56 m2 olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 16 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info