
Rusiya Federasiyası ABŞ-ın Şimali Koreyaya qarşı birtərəfli sanksiyalarını tanımır və Vaşinqtonun sanksiyalara düşən Şimali Koreya vətəndaşlarını Rusiya ərazisindən göndərmək çağırışını yerinə yetirməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini İqor Morqulov bildirib.
İ.Morqulov bildirib: “Biz yalnız BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaları yerinə yetirəcəyik. Biz ABŞ-ın birtərəfli sanksiyalarını tanımırıq və bizim onları yerinə yetirmək üçün heç bir beynəlxalq öhdəliyimiz yoxdur”.
Qeyd edək ki, yanvar ayının 24-ü ABŞ Şimali Koreyaya qarşı sanksiya siyahısını genişləndirib. Siyahıya Şimali Koreya vətəndaşı olan 16 fiziki şəxs əlavə olunub.
Gununsesi.info












