Ağ Evdən Kremlə ağır zərbə - DMİTRİY MEDVEDYEV VƏ SERGEY LAVROVUN ADI "QARA SİYAHI"YA SALINIB

  • Müəllif: admin
  • 30 Yanvar 2018 11:18

ABŞ rusiyalı nazir və məmurlara qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb. Siyahıyada Rusiyanın baş naziri Dmitriy Medvedyevin də adı yer alıb.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın rəsmilərinə və iş adamlarına qarşı sanksiya nəzərdə tutan “Kreml siyahısı”qanun layihəsinə kimlərin adının düşdüyünü açıqlayıb.

Siyahıya Rusiyanın baş naziri Dmitriy Medvedyev, baş nazirin müavinləri İqor Şuvalov, Sergey Proxodko, Aleksandr Xloponin, Vitaliy Mutko, Arkadiy Dvorkoviç, Olqa Qolodeç, Dmitriy Kozak, Dmitriy Roqozinin adı salınıb.

Bununla yanaşı, sıyahıya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, həmçinin digər nazirlər Mixail Abızov, Aleksandr Tkaçev, Vladimir Puçkov, Nikolay Nikiforov, Mixail Men, Vladimir Medinskiy, Maksim Oreşkin, Olqa Vasilyeva, Aleksandr Novak, Aleksandr Qaluşka,  Alnton Siluanov, Veronika Skvorçova, Denis Manturov, Vladimir Kolokolçev, Aleksandr  Konovalov, Maksim Topolin, Sergey Donskiy, Lev Kuznetsov, Pavel Kolobkov və Maksim Sokolovun adları daxil edilib.

Siyahıda həmçinin, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, habelə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da var.

Bu şəxslər həm Putinə yaxınlığı ilə seçilən şəxslər olduğundan, həm də varidatları 1 milyard dollar və ondan artıq olduğundan adları ABŞ-ın sanksiya tətbiq edəcəyi şəxslər siyahısına daxil edilib.

Hazırladı Mürtəza

Gununsesi.info