“Ermənistanın işğal siyasəti ilə bağlı qanun layihəsi hazırlanmalıdır” - DEPUTAT

  • Müəllif: admin
  • 01 Fevral 2018 13:40

Parlamentdə Ermənistanın işğal siyasəti ilə bağlı qanun layihəsinin hazırlanması təklif edilib.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib.

Deputat ermənilərin AŞPA-da qış sessiyası çərçivəsində Strasburqda Dağlıq Qarabağın işğalının 30 ilini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini vurğulayıb.

R.Rzayev bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu dövlətlərinə ayrı-ayrılıqda müraciət edilsin.

Mürtəza 

Gununsesi.info