Ermənistanda məhbus intihar edib

  • Müəllif: admin
  • 06 Avqust 2016 20:08

intihar

 

Ermənistanda mühakimə olunanlar üçün nəzərdə tutulan xəstəxananın vanna otağında məhbus özünü asıb.Gununsesi.info Ermənistan mediasına istinadən bildirir ki, səhhətində problem yarandığı üçün 34 yaşlı məhbus müalicəyə göndərilmişdi.

Adı açıqlanmayan həmin şəxsin əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşadığı bildirilir. O, sonuncu dəfə külli miqdarda qanunsuz narkotik və psixotrop  vasitə dövriyyəsinə görə tutulub.

 

 

Gununsesi.info