ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər

  • Müəllif: admin
  • 02 Fevral 2018 14:26

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) regiona səfərləri çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinə də gələcəklər.

Gununsesi.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

T. Balayan deyib ki, həmsədrlər fevralın 8-9-da İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparandan sonra oradan Dağlıq Qarabağa səfər edəcəklər.

Onların separatçı rejimin “rəhbərliyi” ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan əvvəl həmsədrlər Azərbaycanda səfərdə olacaqlar.

Gununsesi.info