Minsk Qrupunun amerikalı həmsədri bu gün Bakıya səfər edəcək

  • Müəllif: admin
  • 03 Fevral 2018 10:04

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana səfər edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə trend-ə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib.

Gununsesi.info