
Monqolustanın qərbində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Harqas-Nuur gölü yaxınlığında qeydə alınıb.
Məlumata görə, yerlatı təkanlar Rusiyanın Tuva respublikasının Kızıl şəhərindən 281 kilometr cənub-qərbdə baş verib.
Zəlzələ nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.
Gununsesi.info












