
CHP-nin keçmiş sədri Dəniz Baykal Almaniyada uzunmüddətli müalicədən sonra Türkiyəyə qayıdır.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Baykala ən yaxın şəxslərdən biri Yılmaz Atəş məlumat verib.
“Dəniz bəyin səhhəti çox yaxşıdır. Başından götürülən hissə iki həftə əvvəl yerinə yerləşdirilib. Bu ayın sonuna doğru Türkiyəyə gələcək. Dəniz bəyin könlünün CHP-nin uğurunda olduğunu bilirəm. Bu qurultay CHP-nin iqtidara gəlməsini təmin etməsini arzulayır”,- deyə Atəş bildirib.
Qeyd edək ki, beynindəki şişə görə vəziyyəti ağırlaşan CHP-nin keçmiş sədri Dəniz Baykal bir müddət əvvəl Almaniyaya aparılıb.
Gununsesi.info












