Xorvatiyada zəlzələ baş verib

  • Müəllif: admin
  • 03 Fevral 2018 20:21

Adriatik dənizində, Xoravatiya sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Xorvatiyanın Split şəhərindən 35 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info